Sınaq müddəti ərzində işçini işdən çıxarmaq olarmı?
1 comment
Like
1 Comment
Unknown member
Feb 16, 2017
Bəli, olar. Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə müəyyən edilir. İşçi sınaq müddəti ərzində özünü doğrultmadıqda əmək müqaviləsinə 70-ci maddənin d) bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda), işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilir. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər (maddə 53). Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir (maddə 53.3).