PRAKTİKUM: KLİNİK PSİXOTERAPİYA
Praktikum - psixologiya sahəsində təhsil almış və ya hal-hazırda təhsil alan şəxslərin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi ilə aparılan məşqlər və daimi peşəkar dəstək qrupudur.
Məşqlərdə tələbələr psixoloq və pasiyent rollarında iştirak edib, sonra məşqlərin video yazılarına baxış keçirərək peşəkar davranış modellərini təkmilləşdirərək beynəlxalq dərəcəyə uyğun təkmilləşəcəklər.
ƏYANİ HAZIRLIQ: ÜMUMİ PSİXOTERAPİYA
Əyani 3 əsas mövzuda təlimlər təşkil olunur. Psixiatriya klinikalarında ayda 1 dəfə praktika keçirilir.
1) Psixodiaqnostika - əsas əlamətlər, terminlər, psixoloji və somatik simptomlar, psixopatoloji sindromlar, psixoloji testlər, müsahibə aparma, müşahidələrin qeydiyyatı və interpretasiyası
Tədrisi aparır: Həkim Psixoterapevt Kənan Rəhimov
2) Koqnitiv Davranış Terapiya - əsas anlayışlar, texnikalar, praktiki tədbiqi, prosedur qaydalar, uşaqlarla və yetkin insanlarla psixoloji travmaların araşdırılmasi, işlədilməsi və ardıcıl həlli
Tədrisi aparır: Klinik Psixoloq Tamilla Suleymanova
3) Ailə Terapiyası - sistemli ailə terapiyası əsasları, ümumi ailə modeli ilə iş, cütlüklərin qəbulu, ailə münasibətlərində krizis dövründə psixoloji dəstək, ailədə sevginin qaytarılması
Tədrisi aparır: Klinik Psixoloq Samira Rəhimova
Bu 3 mövzu hər birisi ayrıca təlim olaraq ildə 2 dəfə təşkil olunur. Hər birinin sonunda tədris aparan mütəxəssis tərəfindən imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının Sertifikatı verlir.
Praktikum online hissəsi Kənan Rəhimov tərəfindən həftənin 1 və 4 günlər 19:00-21:00 keçirilir.
Tədrisin gedişatı ilə tanış olmaq üçün aşağıdakı link üzrə keçib bir neçə video yazılara baxa bilərsiniz.
Tədris prosesində tələbələr bir neçə formatda praktiki məşqlər keçirməlidir ki, yekun praktiki imtahanı verə bilsin:
1) psixoloq rolunda - digər mütəxəssis pasiyent rolunda olaraq,
2) pasiyent rolunda - digər mütəxəssis psixoloq rolunda olaraq,
3) şəxsi terapiya - özünün real şəxsi münasibətlərinin təhlilini aparılması,
4) konsilium - real pasiyentin mütəxəsissin nəzarəti altında qəbul edilməsi,
5) superviziya - öz pasiyentinin qəbulu zamanı üzləşdiyi çətinliklərdə daimi dəstək.
Praktikum nəticəsində hər bir məzun mütləq bacarmalıdır:
1) Terapevtik Kontrakt - İlk qəbul, Suallar, Psixoterapevtik Alyans, Rapport, Konfidensiallıq
2) Psixoloji Diaqnostika - Simptomlar, Sindromlar, XBT-10, testlər, Diaqnozun əsaslandırılması
3) Psixoterapevtik Xəritə - Problemin Strukturu, Psixoterapevtik Strategiya, Nəticələrin Qeydiyyatı
Qeydiyyatdan keçən kimi tələbələr qapalı telegram qrupuna daxil olur - orada 100-dən çox nəzəri və praktiki məşğələlərin video yaılarını izləmək imkanı var. Bütün məşğələlər şəffaf və sərbəst şəkildə keçirilir - bütün məşğələlərin video yazıları bu qrupda siyahıya əlavə olunur. Belə ki, hər bir yeni tələbə hamısını izləyə bilər.
BEYNƏLXALQ PSİXOTERAPİYA ASSOSİASİYASININ SERTİFİKATI
"Dr.Ragimoff" 2022-ci ildən etibarən Beynəlxalq Psixoterapiya Assosiasiyasının (BPA/IPAS) Ambassadorudur, "Milli Proqramlar" üzrə təlim məzunları Beynəlxalq Sertifikatla təltif olunur - sertifikatın statusu QR Kodla təstiq edilir - yoxlanıla bilər.
Ödəniş ➡️ tam şəkildə birdəfəlik 3000 azn
Hissə-hissə ödəniş sistemi də mövcuddur:
1) 12 ay ➡️ 300 azn - cəmi 3600 azn
2) 18 ay ➡️ 200 azn - cəmi 3600 azn
3) 24 ay ➡️ 150 azn - cəmi 3600 azn
Qeydiyyatdan keçin və bizim mütəxəssis sizi uyğun istiqamətdə yönəldəcək.
Aşağıda rəsmi ödəniş sistemi ilə hesaba şəxsi kartınızala və ya BirBank, TamKart, BolKart, WorldKart kredit kartları ilə birbaşa və ya hissə-hissə ödənişi rəsmiləşdirə bilərsiniz.
Bizim açıq telegram kanalımıza keçib daha ərtaflı məlumatlarla tanış ola bilərsiniz, eləcə də məzunlarımızın və təlim iştirakçılarımızın video rəylərini dinlərə vilərsiniz.