top of page

BİZİM KOMANDA

Kenan Ragimoff

Kənan Rəhimov
Ragimoff LP General Director

Biznesin İnkişafı üzrə Konsultant

  • Ragimoff.az
Samira Ragimoff

Samirə Rəhimova

Ragimoff LP

Art-Direktor

Rəssam, Aparıcı,

Media inflencer

  • Charme.tv
Pavel Lomakin

Pavel Lomakin

Crocus Inshrance

General Director,

Mercedes-Benz Bank Team

  • PL Coaching

2007-ci ilin iyun ayından GTC şirkəti olaraq fəaliyyət göstəririk. Biznesin inkişafı sahəsində - Satış, Marketing, Management, HR üzrə müxtəlif layihələr həyata keçirmişik.

Noyabr 2007-ci ildən etibarən şəxsi "SATIŞ MƏKTƏB" təlim və konsaltinq xidməti verməklə bir çox şirkətin satış kanallarının inkişafına xidmət etmişik. Bu məktəbin proqramı üzrə MG, DNS, Atropatena, ASE Express və s. şirkətlərə təlim və biznes konsultasiya xidməti vermişik. Buta Sığorta, CredEx şirkətlərində isə xidmətlərinin satışını həyata keçirəcək mütəxəssislərin hazırlığını təmin edən daxili təlim mərkəzini qurmuşuq. Xüsusi "Satış Məktəbi Sistemi" korporativ standartlar qurulub.

 

Artıq 29.11.2008-ci il tarixindən başlayaraq, "HR MƏKTƏBİ" daxilində "HR Management"  kursunda biz artıq 500-dən çox mütəxəssis hazırlamışıq. Bu insanlardan çoxu  İnsan Resursları (tədris verdiyimiz) sahəsi üzrə Azərbaycanın ən nüfuzlu şirkətlərdə çalışırlar. Hər-hansı tədris proqramının ən böyük uğuru da məzunlarının tədris aldığı sahə üzrə uğurlarıdır.

Eyni zamanda 2005-ci ildən başlayaraq araşdımalar və peşəkarların təcrübəsini mənimsəməsi nəticəsində, MMPI, Psixoloji Testlər və VeralTest inteqrə edərək, işçilərin Qiymətləndirmə və Attestasiyasını həyata keçirmət üçün xüsusi metodikalar yaradılıb:

1) Online işçilərin test keçirilməsini təmin edən proqram təminatı - 20 meyardan çox psixoloji və bilik meyarları daxil edilib;

2) 360 Dərəcə və BSC metodikaları inteqrasiya edilməklə yaradılmış "Job Profile" metodikası - işçinin tutduğu vəzifəyə neçə % uyğun olduğunu yüksək dəqiqliklə ölçən intervyular üzərində qurulan peşəkar metodikadır.

2012-ci ildən etibarən beynəlxalq "RAGIMOFF" HK Ltd. şirkətini təsis edərək xarici şirkətlərlə də əməkdaşlıq bünövrəsini yaratdıq, media və film prodakşn sahəsində fəaliyyətə başladıq. "GTC" -  Global Training and Consulting MMC isə bu tarixdən yeni kompaniyanın yerli təmsilçisi olaraq Azərbaycanda fəaliyyətinə davam edir.

Noyabr 2014-cü il tarixindən Almaniyada Karyera kouçinqi üzrə ixtisaslaşmış və eyni zamanda "Mersedes-Benz Bank"-da biznes təcrübəsini toplamış mütəxəssisi Azərbaycana cəlb edərək yeni "BUSINESS 4.0" konsepsiyasını mənimsədik və bu konsepsiyanı əsas götürərək biznesin müxtəlif sahələri üzrə yeni xidmətləri hazırladıq - MBE, BDM, PRM, SMM - bu xidmətlərin hər birisi biznesin fərqli tərəflərdən təsir edərək inkişafına  xidmət edir.

Biznes Konsultasiyalarla yanaşı olaraq, ardıcıl 3 nümunəvi tanıtım və B2B xarakterli "Business Party by Ragimoff" keçirərək əsas mövzulara toxunub açıqlama vermək məqsədi ilə 3 ardıcıl mövzularda seminarlar keçirdik. Belə ki, "BUSINESS 4.0" prinsiplərinə əsaslanaraq dünya bazarına çıxmaq və uğur qazanmaq imkanlarını təqdim etdik.

Bu təcrübəni tətbiq etmək məqsədi ilə, 2015-ci il ərzində aparılan geniş və uzunmüddətli araşdırmalar nəticəsində, 2016-ci ildə yeni biznesin yaradılması üçün hazırlıq və planlama işlərini, eləcə də dünya bazarına daxil edilməsi strategiyasını hazırlayıb, investisiya edib "GARNET" layihəsinə başladıq. Bu layihə 2017-ci il ərzində artıq aparılır və yaxın zamanlarda, Mobil Applocation olan məsulumuzu bütün dünyaya "RAGIMOFF" adından təqdim ediləcək.

bottom of page