Əgər işçi əlildirsə onun iş vaxtının müddəti nə qədər qısaldılır?
Həmin işçilərə əmək haqqı işlədiyi vaxta uyğun olaraq azaldılmalıdırmı?
1 comment
Like
1 Comment
Unknown member
Apr 14, 2017
Əlil işçilərə qısaldılmış iş vaxtı tətbiq edilir.
Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
Əmək Məcəlləsinin 159.2-ci maddəsinə əsasən qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
Yəni işəgötürən işçinin qısaldılmış iş vaxtı ilə işlədiyini əsas gətirərək əmək haqqını heç bir halda azalda bilməz.