İşçi iş yerinə heç bir məlumat vermədən 1 aydır işə gəlmirsə onu işdən azad etmək olar?
Əgər olarsa rəsmiləşdirmə necə olmalıdır?
1 comment
Like
1 Comment
Unknown member
Mar 22, 2017
Əmək Məcəlləsinin 72-i maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal 70-ci maddənin ç) bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır.
Bu əsasla əmək müqaviləsi ləğv edilərkən işçinin üzürlü olmayan işə gəlməmsi faktı təsdiq edilməlidir. Bunun üçün işçi ilə telefon vasitəsilə öü və ya hər hansı yaxın qohumu ilə əlaqə saxlanmalı, bu mümkün olmadıqda işə gəlməmə səbəbini bildirməsi üçün ona poçt vasitəsilə xəbərdarlıq göndərilməlidir.
Görülən tədbirlər heç bir nəticə vemədikdə işəgötürən bu barədə akt tərtib etməklə əmək müqaviləsini ləğv edə bilər.