İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçilərə kompensasiya hansı müddətə ödənilir və həmin məbləğ birdəfəlik yoxsa hissə-hissə (aylıq) ödənilir?
top of page
To see this working, head to your live site.
kenanragimoff
Apr 14, 2017
İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda
İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda
4 comments
Like
4 Comments
bottom of page
Müddətli əmək müqaviləsinə xitam verilerken 68.2 (b) maddəsinə əsasən xitam verilir. Bu maddə xitamın əsasını müəyyən edir. 73.1 isə xitamın əsası ola bilməz o yalnız müddətli əmək müqaviləsinə xitam verilməsinin qaydalarını izah edir.
Müddətli əmək müqaviləsinə xitam verilerken 68.2 (b) maddəsi və 73.1-ci maddə nə ilə fərqlənirlər?
işçilərin sayının ixtisarı ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş işçilər əgər yaşa görə təqaüdçüdürlərsə işdən çıxarıldığı gündən yeni işə düzələnədək ikinci və üçüncü aylar orta əmək haqqının öənilməsi üçün Dövlət Məşğulluq Xidməti tərəfindən işçiyə verilən müvafiq arayışlar nə dərəcədə düzgündür?
Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən müəssisə ləğv edildikdə və işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
İkinci və üçüncü aylar orta əmək haqqı Dövlət Məşğulluq Xidməti tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir.
Həmin arayış işdən çıxan gündən bir ay müddətində Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınan şəxslərə verilir.
İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. İşəgötürən xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.
Əmək Məcəlləsinin 77.6—cı maddəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə 77-ci maddədə göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.