İşçi bir neçə günlük əmək məzuniyyətinə çıxa bilərmi?
top of page
To see this working, head to your live site.
kenanragimoff
Apr 14, 2017
İşçi bir neçə günlük əmək məzuniyyətinə çıxa bilərmi?
İşçi bir neçə günlük əmək məzuniyyətinə çıxa bilərmi?
3 comments
Like
3 Comments
bottom of page
Bəli, əmək məzuniyyəti təqvim günləri ilə hesab olunur iş günləri ilə deyil, hətta mütəxəssislər üçün ildə 30 gün məzuniyyət hesab olunduğu üçün bu günlərin arasında 4 şənbə və 4 bazar gününü nəzərdə saxlayaraq məzuniyyət cədvəli tərtib edilir.
Beş günlük iş həftəsində çalışanlar üçün əmək məzuniyyəti şənbə və ya bazar günündən etibarən başlaya bilərmi?
Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
Qeyd edilən maddədə istifadə edilən “qalan hissə” ifadəsi tam hissə kimi anlaşılsa da Əmək Məcəlləsi əmək məzuniyyətinin neçə dəfə hissələrə bölünə biləcəyi barədə hər hansı qayda nəzərdə tutmur, bunu qadağan edən hər hansı norma yoxdu.
Lakin daha qısa müddətli (1-2 günlük) əmək məzuniyyətindən istifadə edilməsi isə ümumiyyətlə əmək məzuniyyətinin Əmək Məcəlləsinin 113-cü maddəsində nəzərdə tutulan işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi məqsədlərinə uyğun olmadığı üçün belə rəsmiləşdirmə məsləhət deyil.