Təhsil məzuniyyəti necə rəsmiləşdirilir? Bu barədə əmr nə zaman verilməlidir?
top of page
To see this working, head to your live site.
kenanragimoff
May 03, 2017
Təhsil məzuniyyəti necə rəsmiləşdirilir?
Təhsil məzuniyyəti necə rəsmiləşdirilir?
2 comments
Like
2 Comments
bottom of page
Əmək Məcəlləsinin 123-cü maddəsinin tələblərinə görə işləməklə yanaşı təhsil alan işçilərə ödənişli təhsil məzuniyyətləri verilir. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə orta əmək haqqı ödənilir.
Əmək Məcəlləsinin 124.8-ci maddəsinə əsasən təhsil məzuniyyətindən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Təhsil məzuniyyətinin müddəti arayışda qeyd edilən müddətə əsasən müəyyən olunur.
Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.
140.5-ci maddəyə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.