İşçi əmək məzuniyyətində olduğu dövrdə əmək qabiliyyətini itirərsə, ona müavinət ödənilməlidirmi?
Bu zaman xəstəlik vərəqəsində göstərilən müddətə uyğun olaraq məzuniyyət müddəti uzadılmalıdırmı?
1 comment
Like
1 Comment
Unknown member
Feb 16, 2017
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 №-li Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”sinə əsasən növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün müavinət verilir. Qanunvericilikdə xəstəlik vərəqəsinə uyğun əmək məzuniyyətinin uzadılması nəzərdə tutulmur. Əgər məzuniyyət müddəti başa çatdıqdan sonra da əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı davam edərsə işçi xəstəlik vərəqəsinə uyğun olaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra işə çıxmalıdır.