
Satış Məktəbi
sales technology
18 saat - 6 gün - gündə 3 saat
Qiyməti: 400 AZN
1 nəfər üçün - 400 AZN, 2 nəfər – 700 AZN, 3 nəfər – 900 AZN
15 nəfərlik korporativ şəkildə – ümumi qiyməti – 3000 AZN
HR Departamentinin tələbinə əsasən Business Consulting verilir.
Modul 1. Müştərilərlə ünsiyyətin qurulması və Psixoloji Bacarıqlar – 2 saat
Satişin Anlami, Satişin Mərhələləri, Hazirliq – təqdimat, video çarxlar – 30 dəqiqə
Əlaqə yaratma, Vücud Dili, Səs və Sözlər – təqdimat, video çarxlar – 30 dəqiqə
Müştərinin Təhlili, Xasiyyət növləri, Rənglər və davranış tərzi, istifadə olunan sözlər, qərar vermə meyarları – təqdimat, video çarxlar – 60 dəqiqə
Modul 2. Sual vermə Texnologiyaları – 1 saat
Metod - təqdimat, məşq, tapşırıqlar, oyunlar və tapşırıqlar – 30 dəqiqə
Məşq – Lövhədə əşya mənası daşıyan söz yazılır, o sözü tapmaq üçün iştirakçılar növbə ilə sual verirlər, sualların cavabı - əşyanı tapmağa kömək edir. Nəticədə hansı suallar əşyanı tapmağa kömək etdiyini təhlil edə bilirik. – 30 dəqiqə
Modul 3. Xidmətlərin və Malların Təqdimatı Bacarıqları – 6 saat
Təqdimat, praktiki məşğələ, video yazıların təhlili, məsləhətçilik – 60 dəqiqə
Məşq – hər iştirakçı 1 cümlə ilə məhsulun ən əsas üstünlüklərini sadalayır və ona qarşı diqqəti artırır. – 1 nəfər 12 dəqiqə = 10*12 = 120 dəqiqə
Məşq – hər bir iştirakçı növbə ilə hər-hansı bir məhsulun yalnız təqdimatını edir, video çəkilir, ekranda göstərilir, təhlil edilir, tövsiyələr verilir. – 90 dəqiqə
Xidməti tapşırıq - Təqdimat, Müştərinin Xasiyyətinə uyğun yönəlmiş təqdimat
Məşq – hər bir iştirakçı hər-hansı bir məhsulu konkret xasiyyət növlü insana təqdim edir, video çəkilir, ekranda göstərilir, təhlil edilir, tövsiyələr verilir. – 90 dəqiqə
Modul 4. Müştərilərlə Telefonla Ünsiyyət – 2 saat
Telefonda Satş (Telemarketinq) Bacarıqları - Telefonda danışıqların xüsusi qeydləri, səsin modulyasiyası, telefonda təqdimat, ilk cümlənin qurulması, Alqoritm, müştərinin qazanclarının nümayiş edilməsi, məhsulların təqdimatı – təqdimat, video çarxlar – 60 dəqiqə
Məşq – hər iştirakçı müştəri ilə virtual danışıq rolunda məşq edir, sualları düzgün verib məlumat almağını təkmilləşdirir, verilən suallara cavabları həm məntiqi həm də etik qaydalarına uyğun cavablayır, şirkəti təmsil edir və ona qarşı diqqəti artırır. Bir neçə nümunədən sonra iştirakçılar sərbəst olaraq bu cümləni qura bilirlər. – 1 nəfərə 3 dəqiqə - 60 dəqiqə
Modul 5. Etirazlarla İş qaydası, Arqumentasiya Texnikaları – 3 saat
Müqavimət, Əsas Prinsiplər, Arqumentasiya metodları – təqdimat, məşğələ. – 60 dəqiqə
Məşq - əsas müqavimətlər seçilir, siyahıda yazılır. Hər birisi üçün kiçik komanda ayrılır, hər komandaya bu müqavimətlə qarşılaşanda hansı davranış modeli uyğun olacağını düşünüb, onun səhnəciyini təşkil etmək lazımdır. Bunun üçün 5-10 dəqiqə vaxt verilir. Sonra bu səhnəcikləri təqdim edirlər – video çəkilir, təhlil aparılır, tövsiyələr verilir. 2 nəfərlik qruplarda məşq – 5 kiçik qrup – tapşırıqlar etiraz edən müştərilərin davranışına hazırlıq
- rol dəyişmə vasitəsi ilə - 30 dəqiqə + 30 dəqiqə.
Oyunları video yazılışının baxışı, təhlili – 60 dəqiqə
Modul 6. Satışı bağlamaq sənətkarlığı – 4 saat
Satışı Bağlamaq və yekun işlərin icrası – təqdimat, praktiki məşğələ - 60 dəqiqə
Məşq - Satış prosesində satışı bağlamaq texnikalarından hansıları nə zaman öz məhsullarını satmaq üçün istifadə edə biləcəklərindən beyin fırtınası aparılır. Qərarlar verilir.
Satış Prosesinin təhlili – yarışma tipli praktiki məşğələ, video, analiz. – 60 dəqiqə
Məşq - Tam müştəri–satıcı ünsiyyətini göstərən səhnələr yaradılır, növbə ilə çıxışlar olur, iştirakçılar satışın qaydalarında kobud səhv aşkar etdikdə - STOP! - Deyərək səhnəni dayandırır, səbəbini izah edir. Növbəti mütəxəssis iştirak edir. Bütün iştirakçıların bu oyuna qatılması təmin edilməlidir. – 60 dəqiqə
Məşq – Aciq diskussiya, əsas problemlərin siyahısı, hər birisinin həlli üçün təkliflər modelləri, səhnələrin canlandırılması və video çəkilişi. – 60 dəqiqə